Aybaşı zamanı cinsi əlaqə olarmı?
Aybaşı zamanı seksin faydaları
Məlumdur ki, menstruasiya dövrü qadınlar üçün çox çətin keçir. Qadın həm ağrılardan əzab çəkir, həm stress keçirir, həm də köp və baş ağrısı ilə mübarizə aparmalı olur. Bütün bu hallar qadının ətrafındakı insanlara da mənfi təsir edir. Çünki qadınlar əsəblərini ilk növbədə həyat yoldaşlarına, rəfiqələrinə, övladlarına tökürlər. Bu dövrdə ağrıdan xilas olmaq üçün müxtəlif bitki mənşəli çaylar içmək mümkün olsa da, onların təsiri çox az olur. Dərmandan istifadə etmək isə təhlükəlidir. Ancaq sən demə bütün bu problemlərin asan bir həll yolu var imiş. Elmi tədqiqatların nəticələri göstərir ki, seks aybaşı zamanı qadını bir çox problemdən xilas etməyə qadirdir. Ancaq bu zaman qadının orqazm olması şərtdir, əks təqdirdə seks qadına ağrıdan başqa heç nə verməyə bilər.
1.Seks zamanı qadın orqazm hissini yaşaya bilsə, aybaşı zamanı ağrı və şişkinlik azalacaq.
2.Orqazm zamanı istehsal olunan endorfin hormonu təbii ağrıkəsici və sakitləşdirici effekti verir. Bu da qadının daha az ağrı hiss etməsi, baş ağrısı, əsəb və stressdən xilas olması ilə nəticələnir.
3.Genital bölgədəki şişkinlik hissi (qan ilə dolu olduğu üçün belə hiss yaranır) bəzi qadınların seks zamanı həmişəkindən daha çox zövq almasına səbəb olur.