Cinsi zəifliyi aradan qaldıran ən güclü təbii vasitə
Hələ çox qədim zamanlardan yunanlar kərəviz bitkisindən təbii afrodiziak kimi geniş istifadə ediblər. Müasir dövrdə isə mütəxəssislər kərəvizin kişi orqanizminə təsirini “Viaqra”nın təsirindən güclü sayırlar.
Kərəvizdən istifadə edildikdə kişi orqanizmində cinsi hormon sayılan androsteron daha çox istehsal olunur ki, bu da kişilərin cinsi fəallığına istənilən kimyəvi dərman pereparatlarından qat-qat güclü təsir göstərir. Müntəzəm olaraq kərəviz bitkisinin şirəsini içməklə kişilər intim həyatlarındakı problemləri təbii yolla aradan qaldıra bilərlər.
Kərəviz bitkisi potensiyaya müsbət təsir göstərməklə yanaşı həm də prostat vəz, böyrək, sidik kisəsi və sidik yolları xəstəliklərinə qarşı ən yaxşı profilaktik vasitələrdən biridir. Həmçinin bu bitki kişi spermasının keyfiyyətinə də müsbət təsir göstərir.
Kərəviz bitkisinin faydalı xüsusiyyətləri təkcə cinsi fəallığa təsiri ilə bitmir. O, qan təzyiqini normada saxlayır, sidikqovucu xassəyə malikdir, ürək və damar xəstəlikləri üçün faydalıdır, maddələr mübadiləsini tənzimləyir, qaraciyərin fəaliyyətini yaxşılaşdırır, böyrək daşlarının tökülməsinə şərait yaradır, zülalların orqanizm tərəfindən mənimsənilməsini asanlaşdırır, qanı təmizləyir.
Ümumiyyətlə, kərəviz bitkisinin insan orqanizminə müsbət təsirini, sağlamlıq üçün faydalarını saymaqla qurtarmaq olmaz. Sadəcə kiçik bir məbləğ xərcləyib onu süfrələrin bəzəyinə çevirmək lazımdır.
Kərəvizdən istənilən formada, şirəsini çəkməklə, salatlara əlavə etməklə istifadə etmək olar.