Kişilərin qadınlarda sevdiyi özəliklər
Saçlar
Unutmayın ki, kişilər bir qızı gördüklərində gözləri o qızın üzünə kilidlənir və bu zaman onun xoş bir qadın olub-olmadığına qərar verirlər. Bəs kişi arxadan görsə, necə? Bəzi kişilər bir qadını arxadan görərkən belə, onun xoş biri olub-olmadığına qərar verə bildiklərini deyilər. Necə? Təbii ki, xanımın saçlarından. Bir xanımın saçları onun özünü ifadə etmə tərzi və özünə necə dəyər verdiyinin göstəricisidir. Hər zaman saçlarına baxım etməli, onların parıldadığına əmin olmalısınız. Saçlarınız hər zaman ipək kimi təmiz və xoş olmalıdır.
Dodaqlar
Öpüşməyin insanı rahatlatdığını və stressi yox etdiyini hər kəs bilir. Son zamanlarda aparılan araşdırmalar göstərir ki, insanlar ömürlərinin təxminən 3 saatını öpüşərək keçirirlər. Kişilərin gözünə sataşan ilk yerlərdən biri də dodaqlardır. Dodaqlarınız hər zaman parıltılı və cazibədar olmalıdır.
Təbii ki, gülüş
Bir kişi hər zaman gözəl gülüşü uzaqdan da görər. Amma o gülüşün səmimi olmasına, dişlərinizin hər zaman ağ və təmiz olmasına diqqət edin.
Hündürdaban
Hər zaman hündürdaban geyinmək məcburiyyətində deyilsiniz, amma unutmayın ki, əgər elə ayaqqabı geyinmisinizsə, o gün bütün gözlər sizin üzərinizdə olacaq. Dikdaban ayaqqabı qadının nə qədər cazibədar və güclü biri olduğunun simvoludur. Həftədə iki gün geyinməlisiniz.
Özünüzə xas dəb
Geyimləriniz bütünlüklə sizə xas olmalıdır. Kişilərin özünə xas və qəribə, maraqlı geyinən qadınlardan xoşları gəlir.
Mükəmməl bədən xətləri
Kişilərin özünə güvənən qadınlardan xoşları gəlir. Geyimlərinizlə özünüzə güvəndiyinizi isbat edin. Dar şalvar və dəri pencəklər hər zaman kişilərin diqqətini çəkir. Bədəninizi geyimlərlə açığa çıxarmaqdan qorxmayın.