Erektil disfunksiya

Image Description

Cinsi zəiflik, sərtləşmə problemi. Erektil disfunksiya pasientlərdə heç də bütün hallarda cinsi fəaliyyətin tam itirilməsilə müşaiyət olunmur. Ereksiyanın cüzi zəifləməsindən tutmuş, erkən boşalma, ereksiyanın ümumiyyətlə olmamasına qədər gətirib çıxarda bilir. Hətta cüzi zəifləməsinə baxmayaraq kişinin həyat keyfiyyətinə, əhval – ruhiyyəsinə çox ciddi mənfi təsir göstərir. Bütün digər xəstəliklərdən fərqli olaraq erektil disfunksiya kişiyə utanc, sıxıntı və psixoloji sarsıntı gətirir. Qeyd etmək vacibdir ki, cinsi zəiflik erkən mərhələdə əksər hallarda müalicəyə asanlıqla tabe olur. Lakin buna baxmayaraq kişilərin öz səhlənkarlıqları səbəbindən prosesin daha ağırlaşmış formalarına çox rast gəlinir.